Bu il 2 tondan çox heroin dövriyyədən çıxarılıb - STATİSTİKA
13:32 05.11.2020
Arxiv
436
Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 4195 (+535 və ya 12,8%) fakt aşkar olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından daimi fəaliyyət göstərən İşçi Qrupundan Lent.az -a verilən məlumata görə, onlardan 1507-si (+436) narkotik vasitələrin qanunsuz satışı, 2309-u (+19) narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 317-si (+56)qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 62-si(+24) isə digər cinayətlərlə bağlı olub.
Qeyd olunub ki, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunan 3 ton 806 kq 356,5 qr (+1 ton 831,7 kq) narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 297 kq 293,6 qr-nı (+ 1 ton 483,4 kq) heroin (60,4%), 848 kq 997,8 q-nı (+163,8 kq) marixuana (22,3%), 267 kq 258,7 qr-nı (+ 19,7 kq) tiryək (7%), 90 kq 377,2 qr-nı (+68,9 kq) həşiş (2,4%), 394 qr-nı (-3,5 kq) kokain (0,01%), 302 kq 035,2 qr-nı (+99,3 kq) psixotrop maddələr və digərləri (7,9%) təşkil edib.
Həmçinin cari ilin 9 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə cinayət məsuliyyətinə 3105 (+487) nəfər cəlb edilib.
Onlardan 16-18 yaşadək 4 (- 4) nəfər, 18-25 yaşadək 251 (+42) nəfər, 26-29 yaşadək 526 (+129) nəfər, 30 yaş və ondan yuxarı isə 2308 (+322) nəfər təşkil edir.
Məsuliyyətə cəlb olunanlardan 16-sı (+8) əvvəllər xüsusi qeydiyatda olan, 891-i (+219) əvvəllər cinayət törətmişlər, 2135-i (+308) işləməyən, 3045-i (+514) kişilər, 60-ı (-9) qadınlar, 61-i (-10) isə xarici ölkə vətəndaşı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol