Bu il Azərbaycanın digər ölkələrlə imzaladığı müqavilələrin sayı açıqlandı
10:33 29.12.2020
Arxiv
348
Xarici İşlər Nazirliyi (XİN) 2020-ci ildə qurulan çoxtərəfli və ikitərəfli əlaqələri açıqlayıb.
Hesabatda göstərilib ki, cari il ərzində bir sıra çoxtərəfli və ikitərəfli formatlarda xarici siyasət fəaliyyəti davam etdirilib.
Azərbaycan Respublikası ilə Türkiyə, Türkmənistan, Ukrayna, Macarıstan, Koreya, Serbiya, Niderland, İtaliya və Çin arasında bu il 28 beynəlxalq müqavilə imzalanıb.
2020-ci il 25 fevral tarixində imzalanmış və avqust ayında qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş”ə əsasən hər iki ölkə vətəndaşları üçün 90 gün vizasız qalma müddəti müəyyən edilib. 2020-ci ilin 10 dekabr tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında 1 saylı Protokol” imzalanıb.
Sözügedən protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq biometrik şəxsiyyət vəsiqəsi və digər sərhədkeçəmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala bilər. Beləliklə, Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün müqavilə imzalanıb.
Ümumilikdə, cari ildə Türkiyə, Türkmənistan, Macarıstan, Bolqarıstan, Özbəkistan, Rusiya, Ukrayna, Çin, Serbiya, Meksika, Polşa, Monteneqro, Koreya, Niderland, İtaliya, İordaniya və Tacikistan ilə 37 beynəlxalq müqavilənin qüvvəyə minməsi təmin edilib. Siyasi, iqtisadi və humanitar sahələrdə dövlətlərarası tərəfdaşlıq münasibətləri inkişaf etdirilib.
İl ərzində Azərbaycan Respublikasının Prezidenti İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca rəsmi və işgüzar səfərlər həyata keçirib, həmçinin Azərbaycan Respublikasının Xarici işlər naziri İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olub.
Eyni zamanda, 2020-ci ildə Türkiyənin və Türkmənistanın Prezidentləri, həmçinin Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Rusiyanın Xarici işlər nazirləri ölkəmizə rəsmi və işgüzar səfərlər edib.
30 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Kubada səfirliyi təsis edilib.
XİN həmçinin bu il beynəlxalq qurumlardakı seçkilərdə də iştirak edib.
Beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədliklərin təşviq edilməsi istiqamətində fəaliyyət cari ildə də davam etdirilib. XİN tərəfindən aparılmış seçki kampaniyasının nəticəsi olaraq 14 sentyabr 2020-ci il tarixində Nyu-York şəhərində BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının nümayəndəsi Komitənin üzvü seçilib. Seçkilərdə əldə edilmiş uğurun əlamətdar tərəflərindən biri ölkəmizin nümayəndəsinin ilk dəfə sözügedən quruma seçilməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq