Büdcəni talayır: Trampın bir aya xərclədiyi pullar Obamanın bir illik xərclərini keçib

Prezidentin malikanəsinə etdiyi üç ziyarət və oğullarının iş səyahətləri cəmi 11.3 milyon dollara başa gəlib
Donald Trump və ailəsinin bir aylıq tətil xərcləri keçmiş prezident Barak Obamanın bir illik xərcləmələrini keçib.
ABŞ dövlət başçısı Donald Trampın 20 yanvardakı and mərasimindən bu yana Floridadakı Mar-a-Lago adlı malikanəsinə etdiyi üç ziyarət və oğullarının iş səyahətləri cəmi 11.3 milyon dolları ötdü.
Rəsmi qeydlərə görə, Obama səkkiz illik vəzifəsi boyunca illik ortalama 12.1 milyon dollar xərcləyib.
Sözcü.com.tr-nin xəbərinə görə, ABŞ-da hökumətləri izləməklə öhdəçilikli partiyalar üstü bir təşkilat olan Judicial Watchın rəhbəri  Tom Fitton, "Vaşinqton Post"a verdiyi şərhdə, "İşləri icra etmək üçün olduqca bahalı bir yol, prezidentin bunu anlaması lazımdır. Trampı digərlərindən fərqləndirən məqam, bir təyyarənin havalandırmanın neçəyə başa gəlməsidir. Cənuba (Mar-a-Laqo) getmək pulsuz deyil."
Amerikanın büdcəsinə 10 milyon dollara başa gələn səyahətlərdə Tramp üçün xərclənən pulun böyük bir qisimi mühafizə xərclərinə gedir. Floridadakı Mar-a-Laqonun sahil boyunca dənizdə hazır gözləyən mühafizə də  bunun böyük bir parçasıdır.
Oğullarını gizli xidmət qoruyur
Qəzetin xəbərinə görə,  Trampın oğulu Eric Trampın Uruquay səfəri zamanı qaldığı oteldə gizli xidmət agentləri tərəfindən qorunmasının da 88 min 320 dollara başa gəldiyi ifadə edilir.
Yenə eyni qeydlərə görə, prezidentin iki oğulunun keçən həftələrdə Tramp adını daşıyan otel açılışı üçün getdikləri Barjasıda da qoruma xərcləri üçün 16 min dollar xərclənib.
Obamanı tənqid etmişdi, özü onu keçdi
Trampın əvvəlki illərdə Obamanı xalqın ödədiyi vergilərlə səyahətlərə çıxmasını tənqid etdiyi tweetleri ortaya çıxıb.