"Bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır" - İlham Əliyev
13:58 05.10.2020
Arxiv
435
Əgər bizə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar. Amma onu da bilməliyik ki, atəşkəsi bərpa etmək o qədər də asan məsələ deyil. Çünki atəşkəs birtərəfli bərpa edilmir və bu anda çox ciddi şiddətli döyüşlər gedir. Hər iki tərəf yerlərdə olan əsgər və zabitlərə təlimat verməlidir. Biri buna əməl edəcək, o biri əməl etməyə bilər. Ancaq əgər o çıxma tarixi bizə verilərsə, təbii ki, biz bu təlimatı verəcəyik. O zaman Minsk qrupunun həmsədrləri və digər ölkələr, mümkün olan ölkələr buna qoşularsa, atəşkəs bərpa oluna və beləliklə, bu döyüşlərə son qoyula bilər.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bunu “TRT Haber” telekanalına müsahibəsində aparıcının “Şərtiniz yerinə yetirilmədiyi təqdirdə, yəni işğal altındakı torpaqlardan ermənilərin çəkilmədikləri müddətdə hər hansı atəşkəs ehtimalı varmı?” sualına cavabında səsləndirib.
Dövlət başçısı mümkün olan ölkələr sırasında Türkiyənin adını çəkərək deyib: “Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır və mən fürsətdən istifadə edərək, bizim bütün türk qardaşlarımıza öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istəyirəm, başda əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğan olmaq şərti ilə. Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil. Odur ki, biz - bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq”.
Eyni zamanda, döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibətinin çox önəmli olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib: “Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır. Təbii ki, sülh prosesi başlanacaq, müharibə daim aparıla bilməz və bu, nə qədər tez olsa, o qədər də yaxşıdır. Bizim fikrimiz məhz bundan ibarətdir və beləliklə, artıq bu bölgədə uzunmüddətli dayanıqlı sülh təmin edilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət