Bundan xoşbəxt gün yoxdur

Ehtiram Hüseynov da qürurludur

Qarabağ və ətraf rayonların  28 illik işğalı sona çatıb. 10 noyabr bəyannaməsindən sonra Azərbaycan Ermənistan üzərindəki qələbəsini rəsmi şəkildə elan edib. Beləliklə bütün dünya ordumuzun və dövlətimizin gücündən agah olub. 

Millət olaraq fəxr edirik, qələbədən doğan bənzərsiz hisslər yaşayırıq. 

“Sherg.az”la həmsöhbət olan Əməkdar artist Ehtiram Hüseynov da belə düşünür. Əslən Laçından olan sənətkar duyğularını bu sözlərlə ifadə edib: “Bütün xalqımız kimi mən də sevinirəm. Həm də dünyada bizi sevənlər də indi fərəhlənir.

Əlbəttə bizim sevincimiz isə qat-qat çoxdur. Bundan xoşbəxt gün yoxdur. Ən sevincli günümüzdür. 30 ildir gözlədiyimiz vaxt gəlib çatıb. Ona görə çox qürurluyuq”.