Cari ilin 9 ayı ərzində yol qəzalarında 131 nəfər ölüb, 263 nəfər yaralanıb - RƏSMİ
12:50 19.10.2020
Arxiv
445
Cari ilin 9 ayı ərzində Bakı şəhəri üzrə 331 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 131 nəfər ölüb, 263 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, ümumilikdə isə Bakı şəhəri üzrə avtomobil qəzalarının sayı 20 faizə qədər azalıb:
“Aparılan profilaktik tədbirlər öz nəticəsini verir. Ötən illə müqayisədə qeydə alınan qəzaların sayı azalıb. Bu da öz növbəsində yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərin də sayının azalmasına gətirib çıxarıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün göstəricilər üzrə yol-nəqliyyat hadisələrində azalma müşahidə olunur”.
V.Əsədov hərəkət iştirakçıları üçün keçirilən maarifləndirici tədbirlərin nəticəsi olaraq, avtomobil yollarında qeydə alınan qanun pozuntularının da sayının azaldığını bildirib:
“Küçə və yollarda təhlükəsiz davranış qaydalarının aşılanması üçün müvafiq tədbirlərin həyata keçirilməsi davam etdiriləcək. Ötən il avtoxuliqanlıq edən sürücülərin sayı 121 idisə, bu il bu istiqamətdə qeydə alınan qayda pozuntularının sayı 98 olub. Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən hərəkət iştirakçılarına tərtib edilən protokolların sayı ötən il 38 min olubsa, bu il 3746 protokol yazılıb və həmin piyadalar məsuliyyətə cəlb ediliblər.
Ötən il nömrəsiz nəqliyyat vasitələrinin idarəsi ilə bağlı 481 fakt qeydə alınıb, bu il isə 430 belə fakt aşkar edilib. Sərnişindaşıma qaydalarının tələblərinin pozulması ilə bağlı ötən il 4163 protokol yazılıb, bu il isə 2535 protokol tərtib edilib.
Eyni zamanda avtomobil yollarında polisin qanuni tələblərinə əməl etməyən sürücülərlə bağlı ötən il 1326 protokol yazılıbsa, bu il 1256 protokol tərtib edilib”.
“Ümumilikdə, Bakı şəhəri üzrə Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış “İ-patrul” sistemi ilə təhlükəsizliyin təmin edilməsi üçün inzibati tənbeh tədbirlərinin keçirilməsi üzrə 70 mindən çox qərar qəbul edilib”, - deyə V.Əsədov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz