Cəbhə bölgəsi rayonlarında elektrik enerjisi infrastrukturu atəşə tutuldu
12:45 02.10.2020
Arxiv
563
Beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri bu gün də Goranboy, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında enerji infrastrukturunu atəşə tutub.
Energetika Nazirliyindən verilən məlumata görə, Goranboyda 35/10 kV-luq “Xanqərvənd” yarımstansiyasından çıxan 10 kV-luq “Telestudiya” hava xətti, 110/30/10 kV-luq “Naftalan” yarımstansiyasından çıxan 10 kV-luq “Əzizbəyov” və “2-ci Subartezian” hava xətləri dəfələrlə vurulub. Tapqaraqoyunlu kəndində 0.4 kV-lu paylayıcı şəbəkə yararsız haldadır, hələlik vəziyyətlə əlaqədar təmir-bərpa işləri mümkün olmayıb.
Tərtərdə isə 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan 10 kV-luq “3 №-li AzGes”, “11 №-li Sarıcalı” hava xətləri, 35/10 kV-luq “Dəmirçilər” yarımstansiyasından çıxan10 kV-luq “3 №-li Borsunlu” hava xətti vurulub və bərpa edilib.
Füzulidə 35 kV-luq “Horadiz-Böyük Bəhmanlı” hava xətti, eləcə də 35/10 kV-luq “Horadiz” və “Mahmudlu” yarımstansiyalarından çıxan 10 kV-luq “Şükürbəyli”, “Qazaxlar”, “Babı” və “Alxanlı” hava xətləri bir neçə yerdən vurulub və bərpa olunub. Şükürbəyli və Alxanlı kəndlərində 0.4 kV-lu paylayıcı şəbəkə isə yararsız haldadır, təmir-bərpa işləri görülür.
Ağdamda 110 kV-luq “Təzəkənd-1”, “Təzəkənd-2”, “Xındırıstan-1” və “Xındırıstan-2” hava xətləri vurulub. Bu xətlərin də bərpası təmin edilib.
Ağcabədidə 110/35/10 kV-luq “Qarabağ ” yarımstansiyasından çıxan 10 kV-luq “Minəxorlu” və 35/10 kV-luq “Qiyamədinli” yarımstansiyasından çıxan 10 kV-luq “PMK 4” hava xətləri vurulub və bərpa olunub.
Qaz təchizatı ilə bağlı son vəziyyətə görə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatının məhdudlaşdırılması davam edir. Hazırda Füzuli rayonunun 50%-dən artıq hissəsinə təbii qazın verilişi təmin olunub.
Tərtər şəhərinin və 51 kəndin, Ağcəbədi rayonunun 25 kəndinin, Ağdam rayonunun isə bir kəndi və beş qəsəbəsi istisna olmaqla, 53 yaşayış məntəqəsinin də qaz təchizatı məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya