Cəbhəboyu bölgələrdə düşmənin atdığı mərmi və mərmi qalıqları zərərsizləşdirilib
03:33 08.10.2020
Arxiv
463
2020-ci il 07 Oktyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Şəmkir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 31 (otuz bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki) müraciət daxil olub.
ANAMA-dan APA -ya verilən məlumata görə, daxil olmuş 33 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Baharlı, Xındırıstan kəndləri, Ağcabədi rayonunun Qiyaməddinli, Muğanlı, Ağgöl, Böyük Kəhrizli kəndləri və Xan Şuşinski küçəsi, Bərdə rayonunun Şahvəlilər kəndi, Beyləqan rayonunun Şitilçilik qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, Füzuli rayonunun Alıxanlı, Aşağı Mollaməhərrəmli kəndləri, Zobcuq qəsəbəsi və Horadiz şəhəri, Goranboy rayonunun Qızılhacılı, Tapqaraqoyunlu kəndləri, Şəmkir rayonunun Sabirkənd kəndi, Tərtər rayonunun Borsunlu kəndi və Şəxarx qəsəbəsi, Gəncə şəhəri Hərbi şəhərci, B.Əliyev və Ə.Əliyev küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-45), 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd raketin təzyiq akkumulyatoru (9D180) (cəmi: 5 ədəd), 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator və 6 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 56 ədəd 9M525 bombacıqları partlayış yolu ilə zərərsizləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya