Cəbhəboyu ərazilərdə mərmilərin düşməsi ilə bağlı ANAMA-ya 81 müraciət daxil olub
04:19 06.10.2020
Arxiv
434
2020-ci il 02 Oktyabr tarixlərində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Tərtər, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 78 (yetimmiş səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç) müraciət daxil olub.
Agentlikdən "Sherg.az"a verilən məlumata görə, daxil olmuş 81 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Cəfərbəyli, Hacılar, Ağgöl, Şənlik, Sarıcalı, Ağabəyli, Hacıbədəlli, Boyat, İmamqulubəyli kəndləri, Ağdam rayonunun Bənövşələr qəsəbəsi, Bərdə rayonunun Qaradağlı, Şahvəlilər, İmamqulubəyli kəndləri, C.Məmmədquluzadə, S.Vurğun, Təbriz küçələri və H.Əliyev prospekti, Beyləqan rayonunun Ağamir küçəsi və Təzəkənd kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Dördüncü Zobcuq qəsəbəsi və Şükürbəyli kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu, Nizami və Qızılhacılı kəndləri, Tərtər rayonunun V.Orucov küçəsi, Şəmkir rayonunun Sabirkənd kəndi, Zərdab rayonunun Məlikli kəndi, Gəncə və Mingəçevir şəhəri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 64 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 15 ədəd partlamamış hərbi sursat (PHS) partlayış yolu ilə zərərsizləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm