"Cəbhədə döyüşlər gedir, biz sağlamlığımızı qoruyaq"
Yusif Sultanoğlu
13:06 07.11.2020
Arxiv
768
Nəzakət Teymurova: "Çalışaq ki, dövlətimiz gücünü iki yerə ayırmasın"
Hazırda cəbhədə rəşadətli ordumuz mənfur düşmənlə mübarizə aparır. Haqq savaşımız davam edir.
Bununla yanaşı aylardır əziyyət çəkdiyimiz koronavirus infeksiyası var.
Əfsuslar olsun ki, son bir ay ərzində ölkədə pandemiyaya yoluxanların sayı 1000-i keçib.
Səbəbi isə insanların izolyasiya və gigiyena qaydalarına əməl etməməsi, bu bədnam virusu unutmalarıdır.
Xalq artisti Nəzakət Teymurova da mövcud durumu nəzərə alaraq “Sherg.az” vasitəsilə vətəndaşlara tövsiyələrini çatdırıb:
“Bir virusun daşıyıcısı var. Bir də bilməyərək insanları yoluxduranlar olur. Adam virusa yoluxanda hiss etmir. Ona görə məsləhət verirəm ki, gigiyenik qaydalara əməl etsinlər.
Məsələn, maskadan istifadə etmək lazımdır. Həm də bu günlərdə cəbhədə müharibə gedir. Çalışaq ki, dövlətimiz gücünü iki yerə ayırmasın, fikirləri cəbhədə olsun.
Millətimizə, xalqımıza deyirəm ki, özlərini qorusunlar. Əlləri yumaq, maskalardan istifadə və sair kimi qaydalara diqqət etsinlər. Adamlar çox olan yerlərə getməsinlər. İndi yaslar olur, ev şəraitində ad günləri keçirilir. İnsanlar biri-birləri ilə ünsiyyətdə olurlar. Təbii ki, belə halda virusa yoluxmaq da qaçılmazdır”.
Məlumat üçün qeyd edək ki, Nəzakət xanımın özü də bir neçə ay öncə koronavirusa yoluxub. O, infeksiyanın öhdəsindən gələrək, sağlamlığına qovuşub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya