Cəlal İsayevdən HƏYƏCAN TƏBİLİ: “Yoluxan şagirdlər cəmiyyətdə virusu yayırlar”
06:57 22.09.2020
Arxiv
588
Dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanması faktı kifayət qədər çoxdur. Bunun qarşısını almaq üçün mütləq əlavə tədbirlər görülməlidir.
Bu sözləri Oxu.Az-a Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, aşağı siniflərdə koronavirus adətən subklinik səviyyədə keçir ki, bu da onlar üçün xüsusi təhlükə yaratmır:
“Təbii ki, onlara heç bir təhlükə yaratmasa da, daşıyıcı kimi bizim üçün çox böyük təhlükədirlər. Onlar virusu ifraz edir və bu nöqteyi-nəzərdən heç bir kliniki əlamət olmadan cəmiyyətdə dolaşaraq virusu yayırlar. Ona görə də bu məqamın ciddi təhlükə olmasını nəzərə alıb yeni mexanizmlər hazırlanmalıdır. Bu rəqəmlər kifayət qədər çoxdur və yoluxmanın qarşısını almaq üçün mütləq əlavə tədbirlər görülməlidir”.
C.İsayev onu da əlavə edib ki, təkcə aşağı sinif şagirdləri deyil, regionlarda yuxarı sinif şagirdləri də yoluxub:
“Burada valideynlərin üzərinə ciddi məsuliyyət düşür. Onların maska taxması tələb olunmalıdır. Eyni zamanda müəllimlərin də səhlənkar davranışları yoluxmalara şərait yaradıb. Şagirdlərə qısa tənəffüs vaxtı ayırıb onların bir-biri ilə sıx ünsiyyətinin qarşısını almaq lazımdır. Təəssüf ki, ibtidai siniflərdə onlayn dərs keçilməsi effekt verməz. Uşaqların gələcəyi üçün də təhsilin dayandırılması düzgün deyil. Ayrı bir mexanizm düşünülməli, tədbirlər görülməlidir. Bakıda sinifdə yoluxma halı çox olub və 4 sinif bağlanıb. Bu məsələ ilə bağlı kollegial müzakirə aparılmalı və tez bir zamanda qərar qəbul olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya