Cənubi Kaliforniya bütünlüklə özünütəcridə keçdi

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar Los-Anceles, San-Dieqo və Santa-Barbara şəhərləri başda olmaqla bütün Cənubi Kaliforniya özünütəcridə keçib.

Bu barədə KP xəbər yayıb.

Qeyd edək ki, virusa yoluxma sayına görə dövlətlər arasında ABŞ ilk yerdədir. Ölkədə COVID-19-a yoluxanların sayı 15 milyonu keçib. Onların da 289 minə yaxını vəfat edib.