Ceyhun Bayramov İndoneziyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
14:17 22.12.2020
Arxiv
428
22 dekabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov İndoneziya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Hildi Hamidin etimadnaməsinin surətini qəbul edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycana səfir təyin olunması münasibətilə Hildi Hamidi təbrik edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan və İndoneziya arasında mövcud olan dostluq münasibətlərini qeyd edən nazir, bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Ölkələrin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq platformalarda əməkdaşlığından razılıq ifadə olunub.
İndonizeyanın Azərbaycanın ərazi bütövlüyünə hər zaman nümayiş etdirdiyi dəstək məmnunluqla qeyd olunub.
Səfir Hildi Hamid Azərbaycan hökumətini və Azərbaycan xalqını ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və qələbə münasibətilə təbrik edib. 10 noyabr tarixli üçtərəfli bəyanatın bölgədə sülhün təmin edilməsinə xidmət edəcəyindən inam ifadə olunub. İndoneziyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığı və bölgədə sülhün təmin olunması üçün bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyi vurğulanıb.
Səfir İndoneziya Xarici İşlər naziri xanım Retno Marsudinin salamlarını nazir Ceyhun Bayramova çatdırıb. O, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov səfirə təşəkkürünü bildirib və Xarici İşlər naziri xanım Retno Marsudi ilə telefon danışığına istinad edərək İndoneziya ilə dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğunu vurğulayıb.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya