Ceyhun Bayramov moldovalı həmkarı ilə erməni təxribatını müzakirə etdi
11:15 21.09.2020
Arxiv
569
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Moldova Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub.
Bununla bağlı XİN mətbuat xidməti idarəsi məlumat yayıb.
Moldova tərəfinin təşəbbüsü əsasında keçirilən telefon danışığı zamanı nazir Oleq Tulea Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı münasibətilə təbrik edib və həmkarına xoş arzularını çatdırıb.
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən, siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.
İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin tezliklə video-görüş formatında keçirilməsinə dair razılıq ifadə edilib. Azərbaycan və Moldova arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı və mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyəti vurğulanıb.
Nazir Oleq Tulea COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan tərəfinin Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Tərəflər qlobal sağlamlıq böhranı ilə mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən, Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib.
Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir, bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
Nazirlər telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya