Ceyhun Bayramov Portuqaliya səfirini qəbul edib
17:29 22.09.2020
Arxiv
594
Xarici İşlər naziri Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri Paula Leal da Silvanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Portuqaliyanın Azərbaycandakı Fəxri konsulu Murad Rəhimov iştirak edib.
Nazir Ceyhun Bayramov Portuqaliya səfirinin ölkələr arasında münasibətlərin inkişafına töhfə verən fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycan-Portuqaliya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli əsaslarda genişləndirilməsi imkanlarının mövcud olduğunu qeyd edib. İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsi təcrübəsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Səfir Paula Leal da Silva öz hökuməti adından Ceyhun Bayramovu nazir təyin edilməsi münasibətilə təbrik edib. Səfir Azərbaycanda fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəmədiyini bildirib və fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Nazir Ceyhun Bayramov Portuqaliya səfirinə bölgədə həll olunmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, eləcə də bölgədə müşahidə olunan gərginlik barədə məlumat verib.
Ermənistan hökumətinin təhrikçi və təxribatçı fəaliyyətinin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğu qeyd edilib. Beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsinin və işğalçı Ermənistana birmənalı ismarışlar göndərməsinin vacib olduğu vurğulanıb.
Səfir Paula Leal da Silva ölkəsinin mövqeyinin bəlli olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini qeyd edib.
Tərəflər həmçinin ümumdünya sağlamlıq böhranı ilə mübarizə mövzusuna toxunaraq, bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Portuqaliya səfiri Azərbaycan Respublikası Prezidentinin Covid-19 pandemiyası ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi xüsusi qeyd edərək, bu təşəbbüsün Portuqaliya hökuməti tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırıb.
Görüşdə habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya