Ceyhun Bayramov Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşdü
15:04 26.08.2020
Arxiv
490
Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşü baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tərəflər iki ölkə arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif istiqamətləri barədə fikir mübadiləsi aparıb, o cümlədən parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.
Ölkə rəhbərləri arasında mövcud olan qarşılıqlı etimadın, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan Respublikası Birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən il Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində əldə olunmuş nailiyyətlər xüsusi vurğulanıb.
Ölkələr arasındakı əməkdaşlığın hüquq-müqavilə bazasına istinad olunaraq, bu xüsusda 1997 və 2008-ci il dostluq və strateji əməkdaşlıq üzrə sənədlərə vurğu edilib.
Beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinə toxunan tərəflər ATƏT, MDB və digər təşkilatların Parlament Assambleyaları çərçivəsində qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin iki ölkə arasında humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Pandemiya ilə mübarizə şəraitində hər iki ölkədən vətəndaşların təxliyəsi ilə bağlı atılmış addımlardan bəhs edən tərəflər mövcud şəraitdə qarşılıqlı yardım və həmrəyliyin vacibliyini vurğulayıblar.
Görüşün sonunda, 1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə yubiley medalı Nazir Ceyhun Bayramova təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
15:03 07.07.2026
Gündəm
Trampın təyyarəsi Ankaraya enib
14:43 07.07.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm