Ceyhun Bayramovun məktubu BMT sənədi kimi yayıldı
06:32 18.09.2020
Arxiv
604
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu il avqustun 31-də Ermənistanın aqressiv ritorikası və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətinə dair BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi dərc olunaraq yayılıb.
Bu barədə APA -ya Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.
Məktubda xarici işlər naziri bu il iyulun 12-16-də Ermənistan-Azərbaycan sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində silahlı hücum cəhdi nəticəsində siyasi və hərbi məqsədlərinə nail olmayan Ermənistanın son dərəcə təxribatçı bəyanatları və fəaliyyəti ilə təcavüzkar siyasətini davam etdirdiyinə diqqəti yönəldir.
Burada, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini, eləcə də Mingəçevir Su Elektrik Stansiyası və digər mühüm əhəmiyyətli mülki infrastrukturları vurmaqla hədələmək, beləliklə də azərbaycanlı mülki əhalini terrorizə etmək siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək siyasəti və bu xüsusda, Livan ermənilərinin bu ərazilərdə qeyri-qanuni məskunlaşdırılması, eləcə də işğal olunmuş ərazilərdə işğalçı ölkə tərəfindən yaradılmış oyuncaq qurumun bəzi qondarma “strukturlarını” Xankəndidən Şuşaya köçürmək niyyəti, işğal olunmuş ərazilərdə infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın işğal olunmuş əraziləri ilə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi, habelə işğalçı ölkənin ekoloji terror siyasəti və Azərbaycanlı mülki əhalini sudan məhrum etməsi kimi konkret faktlar əsasında Ermənistanın ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında həyata keçirilən danışıqlar prosesindən sui-istifadə etdiyi və ilhaqçı siyasəti həyata keçirdiyi BMT Baş katibinin diqqətinə çatdırılır.
Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş katibini Ermənistanı aqressiv təxribatçı ritorikadan çəkindirmək, işğal olunmuş ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlik fəaliyyətlərini dayandırmaq, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrini çıxarmaqla beynəlxalq hüquq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün bütün lazımi addımları atmağa çağırır.
Sənədlə https://undocs.org/a/74/1003 ünvanında tanış olmaq olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual