Cəzasız mühitdə Ermənistan daha da azğınlaşır
Turan
06:37 24.09.2020
Arxiv
769
"Artıq diplomatlar deyil, silahlar işə düşməlidir. Mənasız müzakirələr zaman itkisidir"
Azərbaycan torpaqlarının 20 faizini üçüncü qüvvələrin yardımı ilə işğal edən, işğalda saxladığı ərazilərdə etnik təmizləmə aparan və milyona yaxın azərbaycanlını yurdundan qovan Ermənistan baş naziri Nikol Paşinyan “güc tətbiqindən” narahat imiş. Baş nazir BMT Baş Assambleyasında çıxışı zamanı “təşkilatın dəyərlər sistemində güc tətbiqinin qadağan olunduğu”nu bildirib.
Paşinyan, həmçinin BMT-nin ölkələrin ərazi bütövlüyünü prioritet seçməsindən “narahatlığını” dolayı yolla ifadə edərək “xalqların öz müqəddəratını təyini haqqından vaz keçilməməlidir” deyib.
Baş nazirin beynəlxalq tribunada səsləndirdiyi ifadələri “Şərq”ə təhlil edən Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, Paşinyanın və Qarabağdakı separatçı rejim “rəhbərlərinin” bəyanatları göstərir ki, Ermənistan dövləti riyakar siyasətdən və işğalçılıq niyyətindən əl çəkmək fikrində deyil. Ekspertin sözlərinə görə, Azərbaycan tərəfi sülh danışıqları çərçivəsində sonuncu ümidini də itirib:
“Bütün imkanlar və fürsətlər tükənib. Beynəlxalq qanunvericilik işləmir. Dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmur. ATƏT-in, Avropa Şurasının, Avropa Parlamentinin onlarla qərarları yerinə yetirilmir.
Cəzasız mühitdə işğalçı Ermənistan bir qədər də azğınlaşır. Əslində Paşinyan hökumətinin ikiüzlü yanaşması hakimiyyəti ələ keçirdiyi ilk gündən özünü göstərir. Ermənistan rəhbərləri hər zaman beynəlxalq təşkilatlarda özlərini “məzlum”, “zərərçəkmiş tərəf” kimi təqdim etməyə çalışıblar.
Regionda isə işğalçılıq siyasətini davam etdiriblər. BMT-ni fürsət kimi dəyərləndirən Paşinyan növbəti dəfə ermənilərin “haqlı” tərəf olduğunu iddia etməyə, dünya ictimaiyyətini aldatmağa çalışıb”.
Ə.Şahidov qeyd edib ki, regiondakı gərginliyin və qeyri-stabilliyin yaranmasının yeganə səbəbi Ermənistanın təcavüzkar siyasətidir: “Əgər Paşinyan BMT-dən münaqişənin həllinə yardım göstərməsini istəyirsə, ilk növbədə TŞ-nin 4 qətnaməsini yerinə yetirsin.
Beynəlxalq aktlara, qanunlara hörmət göstərirsə, heç olmasa, bircə aktın reallaşmasına imkan yaratsın.
Erməni tərəfi qətiyyən səmimi deyil. “Quyruğu qapı arasında qaldığı” üçün gah Rusiyadan, gah da Qərb ölkələrindən yardım umur. Təxribatyönlü hadisələr göstərir ki, Ermənistanla ancaq güc yolu ilə danışmaq lazımdır.
Münaqişənin həllində humanitar addımlara etimad qalmayıb. Artıq diplomatlar deyil, silahlar işə düşməlidir. Mənasız müzakirələr zaman itkisidir və sadəcə, ermənilərə sərf edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz