Çimərliklərdə elektron sistemlə yer sifariş vermək olacaq - YENİ QAYDA

“Çimərliklərlə bağlı komissiya yaradılıb, qaydalar hazırlanıb”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E. Əzizovun sözlərinə görə, ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın: “Biz bununla bağlı elektron sistem üzərində düşünürük. Vətəndaş evdən çıxmazdan əvvəl elektron sistemlə yer sifariş edə bilər”.