Dağıstan azərbaycanlılarının nümayəndəsi və ailəsi koronavirusa yoluxdu
15:20 21.05.2020
Arxiv
568
Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev və ailəsi koronavirusa yoluxub.
Bunu Report-a açıqlamasında Qani Panayevin özü bildirib.
“Ailə üzvlərim 10 gündən çoxdur xəstələnib. Özüm daha əvvəl virusun daşıyıcısı olmuşam, amma bunu hiss etməmişəm və ailə üzvlərimi də yoluxdurmuşam”, - səlahiyyətli nümayəndə deyib.
O, koronavirusa Rusiyanın Azərbaycanla sərhədyanı bölgəsində Azərbaycanla sərhədin açılmasını gözləyən insanlarla sıx təmasdan yoluxduğunu açıqlayıb: “İnsanlarla sıx təmasda olurdum, düşünürdüm ki, bu xəstəlik mənə keçməyəcək. Sonuncu dəfə mayın 19-da 120 nəfər azərbaycanlını vətənlərinə yola salandan sonra halım pisləşdi. Həkimə müraciət etdim, o mənə koronavirus diaqnozu qoydu. Ailəmdə həyat yoldaşım, oğlum, iki qızım, anam və gəlinim xəstədirlər. Mənim immunitetim yaxşı olduğuna görə bu müddət ərzində sağlamlığımda hər hansı narahatlıq hiss etməmişəm, oruc tutandan, yəni orqanizmim zəifləyəndən sonra xəstəliyi hiss etməyə başladım. Hazırda özüm ailədən ayrı qalıb müalicə olunuram. Xəstəxanalardakı şəraitsizlikdən dolayı ora müraciət etməmişik. Hazırda hərarətimiz var, temperaturumuz 37,2 dərəcədən aşağı düşmür”.
Q.Panayev koronavirus pandemiyası ilə əlaqədar Rusiyanın müxtəlif regionlarından Dağıstana toplaşan və Azərbaycanla sərhədin açılmasını gözləyən azərbaycanlıların problemləri ilə kimin məşğul olduğuna da aydınlıq gətirib.
“Bunu Dağıstanın başçısına tapşırıblar, o isə, öz növbəsində, Dərbəndin icra hakiminə göstəriş verib. Onlar bu işi mənimlə əlaqə saxlayaraq edirlər. Hazırda Dərbəndin icra hakimiyyəti azərbaycanlılara kömək edir”, - deyə, o vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm