Daha 52 şagird koronavirusa yoluxdu - 10 MƏKTƏB...

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma ilə bağlı məlumat yayıb.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 2 olub.
Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 52, işçi heyətinin sayı 16 olub.
Son sutkada distant təhsilə keçirilən siniflərin sayı 15, məktəblərin sayı 10 olub.