Daha yüksək rəqəmlər, "ikinci" və "güclü" dalğa olmayacaq
Məlahət Rzayeva
22:48 21.09.2020
Arxiv
997
Payızda koronavirusa yoluxma proqnozu özünü doğrultmadı
Koronavirusla bağlı sentyabrın 20-nə olan statistik göstəricilərdə müsbət dinamika yenə müşahidə olunur. 146 yeni yoluxma faktı qarşısında 154 nəfər müalicə olunaraq sağalıb. Bir ölüm faktı qeydə alınıb. Hazırda aktiv xəstə sayı 1 858 nəfərdir. Onlardan 110 nəfər reanimasiyadadır, 10 nəfər isə süni tənəffüs aparatına qoşulub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirir ki, gün ərzində koronavirusla bağlı 6 886 test edildiyi bildirilib. Ümumiyyətlə, ölkə ərazisində indiyə qədər 1 054 792 test aparılıb.
Payız fəslində yoluxma sayının artma riski varmı? Pulmonoloq Ramin Nəriman “Şərq”ə açıqlamasında koronavirusla bağlı statistikada müşahidə edilən müsbət dinamikanın çox sevindirici olduğunu dedi:
- Müsbət dinamika davam edir və əlbəttə, bu, bizim hamımızı sevindirir. Amma dünyada əks proseslər gedir – yoluxma sayı artmaqdadı. Fikrimcə, Avropa ölkələrində yoluxma sayındakı artım karantin qaydalarının ləğv edilməsiylə bağlıdır. Avropanın bir çox ölkələrində, şəhərlərdə kafelər, restoranlar fəaliyyət göstərməyə başladı, insanlar sərbəst dolaşmaq azadlığı tələb etməyə başladılar. Bu da nəticəsi. Xatırladım ki, Bakıda metropolitenin fəaliyyətində bir müddət fasilə yarandıqdan sonra təkrar istifadəyə verildikdə də yoluxma sayında artım müşahidə edilmişdi. Karantin rejimi xəstəliyin yayılma sürətini azaltmaq üçündü. Yəni kütləvi yoluxub, kütləvi ölüm halları olmasın, səhiyyə sistemi çokməsin, xəstələr müalicə oluna bilsin deyə, karantin rejimi tətbiq edilir. Bu, dünyada qəbul olunmuş qaydadı. Karantin rejiminin olmaması kütləvi yoluxma və kütləvi ölüm hallarına səbəb olur.
R.Nəriman reanimasiya şəraitində müalicəsi davam etdirilən xəstələr barədə fikir bildirdi:
- Hər xəstə reanimasiyaya yerləşdirilmir. Ağır xəstələr ora yerləşdirilir. Xəstə reanimasiyadadırsa, ölüm halının baş verməsi ehtimalı digər xəstələrə nisbətən artıq olur.
Amma yalnız ən ağır xəstələr süni tənəffüs aparatına qoşulur. Sentyabrın 20-nə olan məlumata görə, süni tənəffüs aparatına qoşulmuş 10 xəstəmiz var. Bu aparatda isə xəstəni 3 sutkadan artıq saxlamaq məqsədəuyğun deyil.
Süni tənəffüs aparatına qoşulmuş xəstəni həkimlər çalışır ki, 3 sutka ərzində ağır vəziyyətdən çıxarsın. Çünki 3 sutkadan artıq süni tənəffüs aparatında qaldıqda həm aparata qoşulmayla bağlı, həm də infeksiyaya bağlı ikincili ağırlaşmalar yaranır.
R.Nəriman payızda koronavirus infeksiyasına yoluxmada artım ola biləcəyi ehtimallarına da aydınlıq gətirdi:
- Koronavirusun fəsillər üzrə proqnozu özünü doğrultmadı. Ona görə də payızda koronavirusa yoluxmada yüksəliş olacağını düşünmürəm. Ola bilsin ki, yanaşı xəstəliklər fonunda artım müşahidə edilsin. Onsuz da payız-qış aylarında respirator xəstəliklər – yuxarı tənəffüs yollarının xəstəlikləri artır, xroniki xəstəliklərdə oyanma baş verir.
Bu fonda xəstələnənlərin sayında artım ola bilər. Amma ağırlaşma halları, yüksək rəqəmlər, “ikinci” və “güclü” dalğalar olmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya