Danışıqlar 6 saat çəkib: FETÖ-nün ABŞ-da davam edən fəaliyyəti müzakirə mövzusu olub

Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford arasında görüş başa  çatıb. Danışıqlar 6 saat çəkib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən  şərhə görə, general Akarın ABŞ-lı həmkarı  ilə danışıqlarında , FETÖ terror təşkilatının ABŞ-da davam edən fəaliyyətləri haqqında  narahatlıq təkrar dilə gətirilib.
Görüşdə həmçinin  Rakkadakı son vəziyyət, Mosul hərəkatı, İŞİD terror təşkilatının Suriya və İraqdakı fəaliyyətləri və bölgədəki məzhəb qarşıdurması diqqət mərkəzində olub.