Dəmir Muxetdinov: “Dağlıq Qarabağda 70 müsəlman məbədinin müdafiə və bərpaya ehtiyacı var”
09:56 05.12.2020
Arxiv
319
Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bütün dinlərin abidələri və onların konfessional mənsubiyyətlərini qorumaq, həmçinin orada ibadətləri davam etdirmək lazımdır.
“RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov bildirib.
“Məbədin hansı dinə mənsub olmasından asılı olmayaraq, biz həmişə bu abidələrin qorunmasına, orada ibadətlərin həyata keçirilməsinə və Allahın adının tərənnüm edilməsinə çağıracağıq. Bu ibadətgahlar öz konfessional mənsubiyyətini saxlamalıdırlar”, - deyə Muxetdinov bildirib.
O, Dağlıq Qarabağda 70 müsəlman məbədinin müdafiə və bərpaya ehtiyacı olmasına xüsusilə diqqət çəkib.
“Qarabağda bir çox məscidlər təhqir edilib, donuz tövləsinə çevrilib. Divarlara kimlərsə adlar və ədəbsiz sözlər yazıb”, - deyə Rusiya Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi təəssüflə vurğulayıb.
Muxetdinov Azərbaycan hakimiyyətinin həm müsəlman, həm də xristian ziyarətgahlarını bərpa edəcəyinə inandığını bildirib.
“Azərbaycanda fərqli konfessiyaların nümayəndələri ilə görüşdüm - onlar Azərbaycan hakimiyyətinin dini siyasətini dəstəklədiklərini söyləyirlər. Ölkə Prezidenti bütün konfessiyaların məbədlərinə diqqətlə yanaşır. Dövlət onların bərpası üçün vəsait ayırır”, - deyə Muxetdinov vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan DTX-da dindirilən keçmiş nazir ölkəni tərk edib
19:46 18.02.2026
Gündəm
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm