Deputat cavab verdi – “Nə edək, taxta-şalban daşıyaq?”





"Bəziləri deyir ki parlament funksiyasını yerinə yetirmir. Axı biz qanunlar qəbul edirik. Nə edək, taxta-şalban daşıyaq?”. 

Sherg.az bildirri ki, cu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin işləməməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib:

"Yaxud bəziləri deyir ki, Prezidentin komandası dəyişməlidir. Bu komandanın fəaliyyəti nəticəsində Azərbaycan belə inkişaf edib. Digər tərəfdən, komanda üzvlərini Prezident təyin edir. Bəziləri yaddan çıxarır ki, biz parlamentli yox, prezidentli respublikayıq. Dövlət başçısı komanda üzvlərini təyin edir. Hətta korrupsiya və rüşvətxorluqla bağlı bəzi yüksək vəzifəli şəxslər həbs edilir. Hansısa vəzifəli şəxs kiminsə xahişini yerinə yetirmirsə, belə çıxışlar etmək lazımdır. Hər kəs oturduğu stula hörmət etsin”.

Anar