Deputat narazıdır - “Pensiya kartı ilə alınan məhsula 18 faiz ƏDV tətbiq edilir”





"Bu gün Azərbaycanda kənarda maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman Azərbaycan bankları tərəfindən elektron ticarət sayılaraq 18 faiz əlavə dəyər vergisi tətbiq edilir. 

Bu, gələcəkdə problemlərə yol açacaq”. 

Sherg.az bildirir ki, bu sözləri Milli Məclisin iclasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir: 

"Yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq normativ aktlara lazımi dəyişikliklər etməlidir ki, insanlar bu problemlə rastlaşmasınlar”.

M. Quliyev deyib ki, artıq ikinci və üçüncü qrup əlillər əmək qabiliyyətli sayılır: 

"Ancaq bu insanlarla tam sağlam insanların işə götürülməsi məsələsinə yanaşma eyni olmayacaq. Ona görə də əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq”.

Anar