Deputatdan TƏKLİF: Koronavirus testlərinin qiyməti endirilsin

“Koronavirus üçün testlərin tətbiq dairəsi genişləndirilməlidir”. 
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib. 
O bildirib ki, test qiymətləri də 2-3 dəfə aşağı salınmalıdır. Millət vəkili qeyd edib ki, bəzi dərmanların qiymətləri də endirilməlidir.
Deputat Azərbaycanda sosial proqramların da əhatə dairəsinin genişləndirilməsini də təklif edib.