Deputatlar parlamentdə Türkiyəyə təşəkkür etdi
08:47 20.10.2020
Arxiv
574
“Azərbaycan əsgəri düşməni pərən-pərən salır, həmin ərazilərə üçrəngli bayrağımızı sancır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.
O bildirib ki, hazırkı məsuliyyətli dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə hökuməti, xalqı Azərbaycanın yanındadır: “Bəzi dövlətlər bu gün Azərbaycana təzyiqlər göstərməyə çalışır. Türkiyə bütün dünyada diplomatik sahədə Azərbaycanın haqq işini təbliğ etməkdədir. Ordumuzun peşəkarlığının artmasında da Türkiyə ilə birgə keçirilən hərbi təlimlər rol oynayır. İşğal altında olan torpaqlarımızı işğaldan azad edən hərbçilər arasında da Türkiyədə təhsil alanlar var. İtkilərimizin qarşısının alınması üçün istifadə olunan “Bayraktar” PUA-ları da Türkiyədən alınıb”.
İclasda çıxış edən deputat Qənirə Paşayeva isə deyib ki, Azərbaycan tarixində yeni, şanlı və şərəfli səhifələr yazılır.
O bildirib ki, son 100 ildə ilk dəfə Azərbaycan itirdiyi torpaqlarını geri alır: “Bu gün Azərbaycanın xalqının haqq səsini dünyaya qardaş Türkiyənin televiziyaları çatdırır. Mən onlara təşəkkür edirəm. Eyni zamanda qardaş Pakistana təşəkkür edirəm. Onlar rəsmi dəstəkləri ilə bərabər, Tvitter səhifələrində də Pakistanın rəsmiləri Azərbaycanın haqq səsini dünyaya çatdırır. Biz özümüz də informasiya müharibəsində daha fəal olmağa çağırıram. Xüsusilə Rusiyada, Fransada yaşayan ziyalılarımızdan bunu gözləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya