Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
07:37 05.10.2020
Arxiv
514
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edilib.
Mir24.TV-nin məlumatına görə, hadisə Rusiyanın Altay Respublikasında yaşanıb.
Məlumata görə, Nadejda Minakova axşam işdən qayıdan ərini qarşılamağa yollanarkən gecənin qaranlığında üzəri sıx otlarla örtülü quyunu görməyib və onun içinə yıxılıb.
İşdən qayıdan kişi arvadını tapmayanda axtarışa başlayıb, sonra polislərə xəbər verib. Təqaüdçü qadını iki gün polislər, qvardiyaçılar, kinoloqlar və könüllülər axtarıb.
Yaşlı qadını polis mayoru Aleksandr Nikiforov tapıb. O, axtarış zamanı qadının əlindən düşən və artıq işığı öləziyən fanarı tapıb, ətrafı diqqətlə araşdırdıqda isə otlar basmış çalanı görüb. Yaxınlaşıb içəri baxanda bunun, əslində, dərin quyu olduğunu anlayıb, diqqətlə dinlədikdə isə içəridən qadının səsini eşidib.
Dərhal yardım çağırılıb və qadın beş metr dərinliyi olan quyudan çıxarılıb.
Məlumata görə, Nadejda qaranlıq quyuda, belinə qədər suyun içində 36 saat keçirib. Qadın ciddi travma almasa da, xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu seçkilərin “oğurlanmağa çalışıldığını” iddia etdi
19:47 27.10.2026
Dünya
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm