Dərman satışını həyata keçirən sahibkarların nəzərinə - XƏBƏRDARLIQ
06:56 14.12.2020
Arxiv
418
Koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Qurum dərman satışı həyata keçirən sahibkarlara müraciət edib. Bu səbəbdən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər gücləndirilib.
Mövcud qanunvericiliyə əsasən, dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən 12.114 dərman vasitəsinin qiyməti təsdiq edilib.
Dərman vasitələrinin qiyməti onların ticarət adı, təsiredici maddəsi və dozası, farmaseptik forması, ticarət qablaşdırması, miqdarı, istehsalçı ölkələr üzrə müəyyən edilir. Dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri qeyd olunmalıdır. Dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidir.
Dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur.
İstehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif (qiymət) Şurasının, İqtisadiyyat Nazirliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsindən əldə edə bilərlər.
İstehlakçılar dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirməlidirlər. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə (498-15-01, 498-15-04) müraciət edə bilərlər.
Aparılan monitorinqlər zamanı qanun pozuntusu halları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual