Dəyişkən hava kimlərə pis təsir edir?
06:04 21.04.2020
Arxiv
654
Havanın dəyişkənliyi insanlara fərqli təsir göstərir və bundan hər üç nəfərdən biri şikayət edir. İnsan hər zaman təbiətlə həmahəng olur: yağan yağış, axan çaylar, çıxan günəş onun əhvalına və fiziki durumuna təsirsiz ötüşmür. Lakin bununla birlikdə təbiət hadisələrinə daha həssas olan insanlar var.
Həkim-terapevti Solmaz Musayeva deyib ki, havanın dəyişməsi insan orqanizminə bilavasitə təsir göstərən xarici mühit amillərindəndir: "Həmin təsir nəticəsində sinir sistemində və bununla əlaqədar olaraq mərkəzi və vegetativ sinir, eyni zamanda, immun sisteminin qoşulması orqanizmdə bir sıra dəyişikliklərin yaranması ilə nəticələnir. Xroniki və hipertoniya xəstəliyi olanlar daha çox meteohəssas olur”.
Meteohəssaslıq əsasən özünü bir neçə saat davam edən baş ağrıları, pis əhval-ruhiyyə, tez yorulma və zəiflik əlamətləri ilə göstərir. Bütün bunlara isə güclü külək, qar, yağış, maqnit qasırğası və günəşdə olan partlayışlar səbəb ola bilər. Meteoroloji dəyişikliklərə dözümlü olmaq və həssaslığı azaltmaq da mümkündür.
Həkim-terapevt onu da deyib ki, iqlim dəyişikliyinə həssas olanlar xarici mühit amillərinə qarşı orqanizmin müqavimətini artırmağa çalışmalıdırlar: “Təmiz havada çox olmaq, günəş şüarları, xüsusilə ultrabənövşəyi şüalar qəbul etmək, yay aylarında dəniz çimərliklərində olmaq, normal əmək və istirahət rejiminin saxlanılması, zəngin vitaminli qidaların qəbulu xarici mühit amillərinə qarşı müqaviməti artırır və həssaslığı azaldır”.
Bundan başqa mütəmadi olaraq normal yuxu təbiətin şıltaqlığı ilə mübarizədə kömək edə bilər. Nanə, lavanda, evkalipt, qızılgülün efir yağlarından vanna qəbulu isə əhval-ruhiyyəni və immuniteti yüksəldir, sinir sisteminin sakitləşməsinə və emosiyaların nəzarətdə saxlanılmasına kömək edir.
(AZƏRTAC)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq