DİQQƏT! - “Facebook” bu şəkilləri bloklayacaq
07:33 22.09.2020
Arxiv
646
“Facebook” sosial şəbəkəsi və ona məxsus “Instagram” servisi müəlliflərinin icazəsi olmadan istifadəçilər tərəfindən dərc edilən şəkilləri bloklayacaq alqoritmlər istifadəyə verəcək.
Lent.az “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, piratlıqdan əziyyət çəkən müəllif hüququ sahibləri onlara məxsus şəkillər haqqında məlumatları “Сreator Studio” aləti daxilində “Rights Manager for Images” bölməsinə yükləyə bilərlər.
Bundan sonra şirkət təsvirlərin müqayisəsi sistemi vasitəsilə “Facebook” və “Instagram”da konkret şəkilin və ya fotoşəkilin yayılmasını izləməyə başlayacaq.
Alqoritm tərəfindən uyğunluq aşkarlandığı halda müəllif hüququ sahibinə müvafiq bildiriş göndəriləcək və materialları bloklamaq daxil olmaqla bir sıra tədbirlər görə biləcək. Sistem müəllif və naşirlərə kontentin bütün dünyada və ya müəyyən regionlarda yayılmasını bloklamağa imkan verəcək.
Hazırda şəkillərin yüklənməsi üçün “Rights Manager” funksiyasından yalnız bir sıra “Facebook” tərəfdaşları yararlana bilər. Şirkət nümayəndələri söhbətin hansı şirkətlərdən getdiyini bildirməyərək bunun foto sənayesi və irihəcmli kontent sahibləri ilə bağlı olduğunu qeyd ediblər. Perspektivdə servisdən adi “Facebook” istifadəçiləri də yararlana biləcəklər.
Qeyd edək ki, müəllif hüququ sahibləri əvvəllər də şəkillərin bloklanmasını tələb edə bilirdilər, lakin proses avtomatlaşdırılmamışdı: sosial şəbəkə şikayətlərə aparılan yoxlanış onların əsaslı olmasını təsdiq etdikdən sonra reaksiya verirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya