Diri-diri basdırılmış körpə tapıldı

Hindistanda tarlada diri-diri basdırılmış körpə tapılıb. 
Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, fermer Kundal Singh Bhandari tarlada işləyən zaman torpağın altına basdırılan yeni doğulmuş körpə tapıb. Fermer bildirib ki, o, işlədiyi zaman qəfildən ağlayan uşaq səsi eşidib. Dərhal səs gələn tərəfə gedən  Kundal Singh Bhandari səsin torpaq altından gəldiyini görüb. Torpağı qazaraq uşağın həyatını xilas edən Kundal dərhal səlahiyyətli nümayəndələrə bu barədə məlumat verib. Hazırda torpaqdan diri-diri çıxarılan körpə oğlan xəstəxanada müalicə alır. Hadisə ilə əlaqədar istintaq işlərinə başlanılıb.