Dövlət dili normalarını pozanlar CƏRİMƏLƏNƏCƏK
12:02 05.05.2020
Arxiv
424
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələrdən öncə xəbərdarlıq ediləcək.
APA-nın məlumatına görə, bununla əlaqədar üçüncü oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə müvafiq əlavə edilib.
Birinci və ikinci oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərin yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslərin üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxsləin beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi təklif olunurdu. Üçüncü oxunuşda müzakirəyə çıxarılacaq layihəyə əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq ediləcək və ya onlar yüz manatdan iki yüz manatadək məbləğdə cərimə olunacaq. Eyni zamanda vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə olunacaq. Hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya