“Dövlət üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır”
Fidan Həmişəyeva
15:56 03.09.2020
Arxiv
511
Ölkəmiz pandemiya ilə mübarizədə ardıcıl tədbirləri davam etdirir. Vətəndaşlarımızın məsuliyyətli davranışı, səbr və təmkinli olması əsas şərtlərdən biridir. Payız-qış mövsümü xəstəliklərin fəallaşdığı dövrdür. Məhz bu dövrlərdə koronavirus da insan orqanizimi üçün ciddi təhlükədir.
Ən başçlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bəzi vətəndaşların mövcud təhlükəni aydın təsəvvür edə bilməməsi, özünün və ailəsinin sağlamlığına laqeyd münasibətini görürük. Bu, yolverilməz haldır.
Movcud durumu “Sherg.az”a şərh edən millət vəkili Soltan Məmmədov bildirib ki, ölkəmiz ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirib. Parlamentarinin sözlərinə görə, cənab Prezident də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır:
“Çünki bu, həm də milli təhlükəsizlik məsələsidir. Pandemiya hələ ki, bitməyib və onun bitəcəyi tarixi də indiki halda dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ona görə də, hər birimiz maksimum dərəcədə məsuliyyətli olmalıyıq. Burda hansı vəzifədə çalışmasından, ictimai statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı məsuliyyət hissi ilə yanaşmalıdır.
Hesab edirəm ki, cəmiyyətin böyük bir hissəsi xəstəliyə qarşı mübarizədə kifayət qədər yüksək məsuliyyət nümayiş etdirir. Əldə etdiyimiz müsbət dinamikanı saxlamaq üçün bundan sonra da diqqətlə, məsuliyyətlə davranmalıyıq”.
Deputat qeyd edib ki, pandemiya dövrü mahiyyət etibarilə həm də dövlətlər üçün bir sınaq idi:
“Hesab edirəm ki, dövlətimiz bu sınaqdan uğurla çıxmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Lakin COVID-19 həm də cəmiyyətlər üçün bir sınaqdır. Bu sahədə nikbin olmağa əsas yaradan faktlar kifayət qədərdir.
Əminəm ki, məhz dövlət-xalq birliyi, Azərbaycanda mövcud olan həmrəylik bizim koronavirusa qalib gəlməyimiz üçün kifayət qədər ciddi imkanlar yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm