“Dövlət vətəndaşın sağlamlığını daim qoruyur”
Fidan Həmişəyeva
15:45 31.08.2020
Arxiv
635
“İnsanlar da mövcud vəziyyəti anlayışla qarşılamalı, qanunlara əməl etməlidir”
“Hər kəs mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi yanaşmalıdır”
Hazırda Azərbaycanda müşahidə olunan tendensiya dünya ölkələri üçün də xarakterikdir. O səbəbdən bəzi dövlətlər yenidən karantin rejiminin sərt formasına qayıdır. Bu isə o deməkdir ki, heç bir ölkə tam şəkildə özünü koronavirusdan sığortalamış hesab edə bilməz.
Operativ Qərargahın yeni qərarına əsasən ölkəmizdə karantin rejimi sentyabrın 30-na kimi uzadılıb. Xəstəlik sərhəd tanımır. Hər gün izlədiyimiz fraqmentlər bəşəriyyətin gələcəyi üçün təhdid sayılan infeksiyanın acı nəticələrini ortaya qoyur.
Siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru doktoru Vüqar Rəhimzadə“Sherg.az”a açıqlamasında bildirib ki, dövlət vətəndaşın sağlamlığı naminə iqtisadi məsələləri bir qədər arxa plana atmaq məcburiyyətindədir. Baş redaktor vurğulayıb ki, vətəndaşlar da mövcud vəziyyəti anlayışla qarşılamalı, qanunlara əməl etməlidir:
“Kimsə özünü qanunlardan üstün saymamalı və indiki şəraitdə məsuliyyətsiz davranmamalıdır. Çünki pandemiya ilə səmərəli mübarizə aparmağın yolu insanların davranışı və məsələyə məsuliyyətlə yanaşması ilə sıx bağlıdır.
Virusla mübarizədə səmərəli nəticə əldə edilməsi ictimai yerlərdə, iaşə müəssisələrində xəstəlikdən qorunmaq üçün qaydalara həmin obyektlərin sahiblərinin, vətəndaşların mütləq riayət etmələrindən də asılıdır.
Hər kəs sosial məsuliyyət daşıyaraq, özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi yanaşmalıdır. Əks təqdirdə koronavirusla mübarizədə istənilən nəticənin gerçəkləşdirilməsi mümkün olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol