“Duman, sis içində Ay” dilimizə tərcümə olunub
Fidan Həmişəyeva
12:11 15.08.2019
Arxiv
719
Son dövrlər Azərbaycanda bədii tərcümə sahəsində xeyli işlər görülüb. Bizim üçün zaman-zaman uzaq olan və əlimizin çatmadığı yapon şair və yazıçılarının əsərlərini Azərbaycan dilində oxumaq həqiqətən maraqlıdır.
Tanınmış bədii tərcüməçi, tədqiqatçı-jurnalist Şükür Şənolun yapon ədəbiyyatından tərcümələri də diqqəti çəkir. Bir müddət əvvəl Ş.Şənolun tərcüməsində feodal dövrü yapon ədəbiyyatının klassiklərindən biri olan Ueda Akinarinin novellalarından ibarət “Duman, sis içində Ay” kitabı işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” layihəsinin nəşri olan və “Mütərcim” çap evində işıq üzü görən “Duman, sis içində Ay” kitabının redaktoru yazıçı-dramaturq Elçin Hüseynbəylidir. Kitabın anotasiyasında qeyd edilir ki, U.Akinarinin ədəbi irsi Yaponiyada sevilərək oxunur və çox məşhurdur. “Duman, sis içində Ay” novellalar silsiləsi Akinarinin ən yaxşı əsərləridir. Nağıl, əfsanə süjeti ta qədim zamanlardan bütün xalqların yaradıcılığında geniş yer alıb. Bu keyfiyyətlər, milli yapon məişəti Akinarinin interpretasiyasında özünəməxsus rəng və çalarda, romantizmin realizmlə sintezində, yeni cizgilərlə təqdim olunur. Hətta yapon ədəbiyyatşünasları bunu XX əsr yazıçıları Alber Kamyu və Kobo Abenin roman-pritçaları ilə müqayisə edirlər”.
Nəşrdə U.Akinarinin “Payızgülü bayramında görüş”, “Sevən bir qadının həyat hekayəsi”, “Geri dönən ruh”, “Kibisu məbədi”, “Eşq və şərin şərabı” və “Mavi çalma” əsərləri yer alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm