Dünən yollarda 2 nəfər ölüb


Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 10 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.