Dünən yollarda 2 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 42 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.