Dünya Ahıska Türkləri Birliyi Ermənistanın təcavüzkar siyasətini pisləyən bəyanat yayıb
10:39 07.10.2020
Arxiv
488
Dünya Ahıska Türkləri Birliyi Azərbaycana dəstəyini ifadə edən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bəyanatla çıxış edib.
Diasporlarla İş üzrə Dövlət Komitəsindən "Sherg.az"a verilən məlumata görə, təşkilatın Türkiyə, Fransa və Qazaxıstan nümayəndəlikləri tərəfindən müxtəlif dillərdə yayımlanan bəyanatda bildirilir ki, Azərbaycan hər zaman ahıska türklərinə sahib çıxıb, ahıska türkləri isə Azərbaycanı öz vətənləri olaraq görür.
Bəyanatda Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən cinayətlər vurğulanıb, cari ilin 12 iyulunda Tovuzda və 27 sentyabrında isə bütün cəbhə boyu, eləcə də cəbhədən kənar şəhərlərdə dinc Azərbaycan əhalisinə qarşı törədilən təxribatlar diqqətə çatdırılıb.
Bəyanatda həmçinin qeyd olunur ki, birinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən ahıska türkləri də Vətənin müdafiəsinə qalxıb.
“Ahıska türkləri keçmişdə olduğu kimi, bu gün də Azərbaycanın haqlı davasında əli silah tutan qəhrəman övladları ilə birgə işğal altındakı vətən torpaqları üçün döyüşməyə hazırdır”- deyə bəyanatda bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alen Simonyan son sərəncamını verdi: Mükafat payladı
23:35 03.07.2026
Cənubi Qafqaz
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya