Dünyada COVID-19-dan ölənlərin sayı 1.7 milyonu keçib

Dünyada COVID-19-dan ölənlərin sayı 1.7 milyonu keçib. 
APA "worldometers"ə istinadən xəbər verir ki, bununla koronavirusdan ölənlərin sayı  1 701 701-ə çatıb.
Məlumata əsasən, virusa yoluxanların sayı 77 271 440, xəstəlikdən sağalanların sayı isə 54 175 147 nəfərdir.
Qeyd edək ki, koronavirusdan ölüm sayına  görə, ilk üç yerdə ABŞ, Braziliya və Hindistandır.