Dünyada koronavirusa yoluxanların sayı 2,1 milyonu, Avropada 1 milyonu keçdi
03:42 17.04.2020
Arxiv
665
Son sutka ərzində dünyada koronavirus infeksiyasına 95 mindən çox insan yoluxub, təxminən 7 min nəfər də bu virusun qurbanı olub.
APA xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.
16 aprel tarixli statistikaya görə, dünyada indiyədək 2 181 308 nəfər yeni növ koronavirusa yoluxub, 145 470 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 95 022 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6996 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 015 507 yoluxma və 92 224 ölüm. Sutka ərzində burada yoluxanların sayı 44 750, ölənlərin sayı isə 3905 nəfər artıb.
Şimali Amerikada virusa yoluxanların ümumi sayı 724 560 nəfər təşkil edir, indiyədək 36 709 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır – 67 591 yoluxma və 3057 ölüm faktı.
Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 345 970 yoluxma, 12 426 ölüm faktı qeydə alınıb.
İndiyədək dünyada 547 069 nəfər müalicə üsulu ilə virusdan xilas olub.
Ən çox yoluxanlar ABŞ-dadır – 677 570 nəfər. Onun ardınca İspaniya (184 948), İtaliya (168 941), Fransa (165 027), Almaniya (137 698) və Böyük Britaniya (103 093) gəlir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə