Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü

Dünyada yeni növ koronavirusdan ölənlərin ümumi sayı yarım milyonu ötüb. 
Oxu.Az-ın xəbər yazılan ana olan statistikasına görə, 500 162 nəfər koronavirusdan ölüb. 
Statistikaya görə, ölüm sayına görə lider ABŞ-dır. Bu ölkədə koronavirusdan ölənlərin sayı 128 089 nəfərdir. Sonrakı yerlərdə isə Braziliya və Böyük Britaniya qərarlaşıblar. 
Qeyd edək ki, bu gün dünya üzrə yoluxanların sayı da on milyonu ötüb.