Dünyada məktəblərin nə vaxt açılacağı müzakirə olunur
18:18 11.08.2020
Arxiv
509
Koronavirusun yeni növü (COVID-19) bütün dünyada təhsilə də zərbə vurdu.
Lent.az dünya KİV-ə istinadən məlumat verir ki, ölkə hökumətləri məktəblərin nə vaxt və hansı şəraitdə açılacağını müzakirə edirlər. Bir çox ölkə bir sıra tədbirlərlə sentyabrın 1-də məktəblər açmağı planlaşdırır.
Almaniya Avropada yeni tədris ilinə başlayan ilk ölkə oldu. Bu günə qədər 5 ştatda məktəblər qapılarını şagirdlərinə açdı. Daha 11 ştatda məktəblərin mərhələ-mərhələ açılması gözlənilir. Məktəb binalarında maska taxmaq məcburidir. Dərslərdə maska taxmağım mövzusu vəziyyətlərə görə dəyişir.
İngiltərədə məktəblərin sentyabr ayında açılması qərara alınıb. Uşaqların fiziki təması minimuma endirilməyə çalışılacaq. Valideynlər uşaqlarını məktəbə gətirərkən içəri daxil ola bilməyəcəklər.
Belçikada şagirdlərin 1 sentyabrdan dərsə başlamaları planlaşdırılır. Fasilə zamanı müəyyən qruplarda hərəkət etmək və sabit oturma təşkili kimi tədbirlər görüləcəkdir.
Yunanıstanda məktəblər sentyabrın 7-də açılacaq. Lakin ehtiyat tədbir olaraq, hələ dəqiqləşməyib.
ABŞ-da, ştatlara görə fərqli tətbiqlər var. Bəzi məktəblər distant təhsili davam etdirsə də, bəzi yerlərdə şagirdlər məktəbə gedəcəklər.
Pekindəki orta məktəblər avqustun 29-da dərslərə başlayacaqlar. Yerli hakimiyyət orqanları epidemiya vəziyyətini nəzərə alaraq Çində məktəblərin açılış tarixi ilə bağlı qərar verəcəklər. Paytaxt Pekindəki liseylər avqustun 29-da dərslərə başlayacaqlar. Epidemiya tədbirləri çərçivəsində şagirdlərin qızdırması məktəb girişlərində ölçüləcək və maska taxmaları tələb olunacaq.
Rusiya tədris ilini sentyabrın 1-dən başlamağı planlaşdırır. Bununla birlikdə, bütün bölgələrdən gələn hesabatların nəticələrinə görə yekun qərar veriləcək.
İranda dərslərin başlanğıc tarixi sentyabr 5-nə təyin olunub.
Epidemiya riskli ərazilərdə distant təhsil tətbiq edilərkən, daha az təhlükə olan yerlərdə şagirdlər məktəbə gedəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna NATO-ya məxsusdur
15:59 07.07.2026
Dünya
Ərdoğan Donald Trampı Ankara hava limanında qarşılayıb - YENİLƏNİB
15:57 07.07.2026
Gündəm
Von der Lyayen: Türkiyə NATO-da hər zaman əhəmiyyətli rol oynayıb
15:55 07.07.2026
Siyasət
Bred Pitt gənc sevgilisi ilə ilk rəsmi paylaşımını etdi
15:18 07.07.2026
Şou
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
15:03 07.07.2026
Gündəm
Trampın təyyarəsi Ankaraya enib
14:43 07.07.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə