Düşmən atəşindən zərər çəkən evlərin sayı 175-ə çatdı - RƏSMİ
06:32 02.10.2020
Arxiv
603
Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 19 nəfər şəxs isə həlak olub.
Baş Prokurorluqdan "Sherg.az"a verilən xəbərə görə, bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 175 yaşayış evinə, həmçinin, 41 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Baş Prokurorluq tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol