Düşmən Tərtər və Goranboyu intensiv atəşə tutur - RƏSMİ

Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutur.

Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulur.