Düşmənin alayı döyüşlərdən imtina etdi - RƏSMİ
13:14 29.10.2020
Arxiv
464
“Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür".
"Sherg.az" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür:
"Əldə edilən məlumatlara əsasən könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir.
Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Ölən və yaralananlar var.
Xocavənd rayonunun Sos yaşayış məntəqəsi istiqamətində hərəkət edən şəxsi heyətin komandanlığa tabe olmaqdan və əmri yerinə yetirməkdən imtina edərək ərazini tərk etməsi barədə yuxarı komandanlığa məlumat verilib. Həmin hərbi qulluqçuların yenidən mövqelərinə qaytarılması ilə bağlı görülən tədbirlər isə nəticəsiz qalıb.
Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib. Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbiçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.
Görülən bütün cəza tədbirlərinə baxmayaraq Ermənistan müdafiə nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.
Erməni hərbi qulluqçularının döyüşdən kütləvi şəkildə imtina etməsinə səbəb Azərbaycan Ordusunun döyüş meydanında qələbələri və düşmənə endirdiyi dəqiq atəş zərbələri nəticəsində çoxlu sayda döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsi ilə bağlı təqdim edilən video görüntülərdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya