“Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib” - MN

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

"Sherg.az"a Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.