Düşmənin mərmisi Ağdamda məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə düşdü

Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
"Sherg.az"ın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin qatdığı mərmi Ağdamda məcburi köçkünlərin məskunlaşdığı Bənövşələr qəsəbəsinə düşüb.
Nəticədə qəsəbə sakini Şakir Abışova məxsus 4 baş iribuynuzlu heyvan tələf olub, biri yaralanıb.