Düşmənin yaşayış məntəqələrimizə atdığı raketlər aşkarlandı
02:42 22.10.2020
Arxiv
349
Oktyabrın 21-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Naftalan, Kürdəmir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 31 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən bir müraciət daxil olub.
Bununla bağlı ANAMA məlumat yayıb.
Bildirilib ki, daxil olmuş 32 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Aran, Arazbar, Hacılar, Kəbirli, Qaradolaq, Şərəfxanlı, Yeni Qaradolaq kəndləri, Ağdam rayonunun Qaradağlı, Ayaq Qərvənd kəndləri, Bərdə rayonunun Lənbəran kəndi, Beyləqan rayonunun 2-ci Aşıqlı, Cəbrayıl rayonunun Daşkəsən kəndi, Füzuli rayonunun Şükürbəyli, Kərimbəyli kəndləri, 1-ci və 5-ci Zobcuq qəsəbələri, Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi və Dəliməmmədli qəsəbəsi, Naftalan rayonunun Qaşaltı kəndi, Kürdəmir rayonunun Şilyan kəndi, Tərtər rayonunun Yuxarı Sarıcalı, Cəmilli, Buruc kəndləri, Cavanşir, Babək, Tağıyev küçələri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 300 mm-lik 9M528 raketi, 1 ədəd 300 mm-lik 9M528 raketinin döyüş başlığı, 1 ədəd 240 mm-lik M24F raketi, 3 ədəd hava-yer tipli raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 17 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd hava-yer tipli raket zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 3 688 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm